Menyu

Adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Xaçmaz rayon prokurorluğunu məlumat yayıb

Avqustun 17-si gecə saat 2 radələrində Xaçmaz rayonu ərazisində 1 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1990-cı il təvəllüdlü Şəhram Manafzadənin rayonun Tel kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxsə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsi, sonuncunun atası Nurlan Məmmədrəhimova isə xəsarət yetirməsinə şübhələr müəyyən edilib. 

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb. Şəhram Manafzadə iş üzrə şübhəli şəxs qismində tutulub. 

İbtidai istintaq davam etdirilir.

Teqlər:

"Adam \u00f6ld\u00fcrm\u0259kd\u0259 \u015f\u00fcbh\u0259li bilin\u0259n \u015f\u0259xs tutulub"

Əlaqəli Xəbərlər