Bəxtiyar Məmmədov: "Bakıda keçiriləcək sammit ən uğurlu layihələrdən biri olacaq"
"Artıq bir neçə aydır dünya metropolitenləri daxil olmaqla apardığımız müşahidələr göstərir ki, Bakıda keçiriləcək sammit ən uğur layihələrdən biri olacaq”.
"Operativ Media" xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“Bu layihə dünya metropolitenlərini birləşdirən platformaya çevriləcək. Layihə məhz metropolitenlər üçün zəruri olan istiqamətlərin inkişaf etdirilməsi əsas hədəf kimi götürülüb” ,- deyə Bəxtiyar Məmmədov qeyd edib.
Qeyd edək ki, 2025-ci ildə Bakıda dünya metropolitenlərinin konfransı təşkil ediləcək. Avqustun 16-da ilk beynəlxalq konfransın təşkilati məsələlərinin həlli ilə bağlı “Bakı Metropoliteni” QSC və “Metro İstanbul” arasında anlaşma memorandumu imzalanıb.
Teqlər:
"B\u0259xtiyar M\u0259mm\u0259dov: \"Bak\u0131da ke\u00e7iril\u0259c\u0259k sammit \u0259n u\u011furlu layih\u0259l\u0259rd\u0259n biri olacaq\""