Menyu

Azərbaycan UEFA reytinqində gerilədi

Əziz Əzizli
Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan UEFA reytinqində geriləyib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan ötən həftə ilə müqayisədə iki pillə aşağı düşüb. Bu, avrokuboklarda III təsnifat mərhələsinin oyunlarından sonra baş verib.

Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" "Ludoqorets"i məğlub edib, "Zirə" "Osiyek"lə bərabərə qalıb, "Sabah" isə "Sent Patriks Atletik"ə uduzub. Qarabağ"ın qələbəsi 0,250, "Zirə"nin heç-heçəsi isə 0,125 əmsal qazandırıb.

Azərbaycan reytinqdə hazırda 18,875 xalla 26-cı yerdədir. 25-ci sırada Kipr, 27-ci pillədə isə Bolqarıstan qərarlaşıb

Teqlər:

"Az\u0259rbaycan UEFA reytinqind\u0259 geril\u0259di"

Əlaqəli Xəbərlər