Menyu

"Qarabağ"ın monteneqrolularının vəziyyəti bilindi

Əziz Əzizli
"Qarabağ"ın monteneqrolularının vəziyyəti bilindi

"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Xorvatiyanın "Dinamo" komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarını buraxacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.

Bolqarıstanda "Ludoqorets"ə qarşı 3-cü təsnifat mərhələsinin cavab matçında zədələnən monteneqrolu oyunçuların hər ikisinin əzələsində problem aşkarlanıb.

Veşoviç 2-3, Yankoviç isə 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Bakıda rəqibinə uduzan (1:2) "köhlən atlar" səfərdə "Ludoqorets"i 7:2 hesabı ilə üstələyib. Azərbaycan çempionu "Dinamo" ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək. ("Report")

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər