Xəzər rayonunda qadına qarşı 38 min manatlıq dələduzluq edilib
Nərmin Qocamanlı
Xəzər rayonunda bir nəfər qadının 38500 manatının aldadılaraq alınması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən Z.Babayev və R.Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Xəzər rayonunda bir nəfər qadının aldadılaraq 5000 manatının alınması barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Teqlər:
"X\u0259z\u0259r rayonunda qad\u0131na qar\u015f\u0131 38 min manatl\u0131q d\u0259l\u0259duzluq edilib"