“Qarabağ”ın rəqibindən yeni transfer
Əsəd Abbaslı
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi Xorvatiya təmsilçisi “Dinamo” (Zaqreb) heyətini yeni futbolçu ilə gücləndirib.
“Operativ Media” xəbər verir ki, zaqreblilər ispaniyalı müdafiəçi Yan Oliverası 1 il müddətinə icarə əsasında sıralarına cəlb edib.
O, son mövsümü İtaliyanın “Roma” klubunun gənclərdən ibarət komandasının heyətində keçirib.
“Qarabağ”ın “Dinamo” ilə ilk görüşü avqustun 20-də səfərdə baş tutacaq. Cavab matçı isə avqustun 28-də evdə reallaşacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net