Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
"Operativ Media" nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Teqlər:
"A\u011fstafada bir n\u0259f\u0259r K\u00fcrd\u0259 bat\u0131b"