"Qarabağ"ın hücumçusu ÇL-nin bombardirlər siyahısında birincidir
Əziz Əzizli
"Qarabağ”ın futbolçusu Olavio Juninyo Çempionlar Liqasının təsnifat mərhələsində 6-cı qolunu vurub.
"Operativ Media" xəbər verir ki, braziliyalı hücumçu dünən “Ludoqorets”ə qarşı Bolqarıstanda keçirilən Çempionlar Liqasının üçüncü raundunun cavab matçında (7:2) bir dəfə fərqlənə bilib. Bununla da o, ÇL-in təsnifat mərhələsinin bombardirləri siyahısında liderliyi ələ alıb.
Juninyo 6 qolu 4 oyunda vurub.
Bombardirlər siyahısında 2-ci yeri “Klaksvik”dən (Farer adaları) Arni Frederiksberq (5 qol) tutur. 3-4-cü yerləri hərəyə 4 qolla “Fənərbaxça”dan (Türkiyə) Edin Ceko və FKSB-dən (Rumıniya) Darius Olaru bölüşdürür. TOP-5-i isə “Qarabağ”ın digər oyunçusu Yassin Benzia qapayır. Onun aktivində 3 qol var
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net