Menyu

"Qarabağ" rekorda imza atdı

Əziz Əzizli
"Qarabağ" rekorda imza atdı

"Qarabağ” Azərbaycan futbol tarixində daha bir rekorda imza atıb.

"Operativ Media"  xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının bir oyununda 7 qol vuran ilk komandamız olub.

Qurban Qurbanovun yetirmələri 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” klubunu səfərdə 7:2 hesabı ilə məğlub etdiyi cavab qarşılaşmasında buna nail olub.

Buna qədər qitənin ən nüfuzlu klub turnirinin bir oyununda azərbaycanlı azarkeşlər ən çox 5 qola seviniblər. Belə hal 3 dəfə yaşanıb ki, hər üçündə məhz “Qarabağ” rəqibini darmadağın edib. İki dəfə 5:0, bir dəfə isə 5:1 hesabı qeydə alınıb.

Bununla həm də “Qarabağ” 5 top fərqli qələbə qazanaraq, öz rekordunu təkrarlayıb. Ümumiyyətlə, Çempionlar Liqasında 3-dən böyük fərqlə qələbə qazanan yeganə komandamız “Qarabağ”dır. Çempionun aktivində 7 darmadağın var.

Teqlər:

"\"Qaraba\u011f\" rekorda imza atd\u0131"

Əlaqəli Xəbərlər