100-min manatdan artıq pul vəsaitini ələ keçirən sayt rəhbəri saxlanılıb
Əsəd Abbaslı
Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən "Operativ Media"a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, "Az24saat.org" xəbər portalının təsisçisi Vüqar Qurdqanlı ayrı-ayrı vətəndaşlara müxtəlif vədlər verərək onların etibarından sui-istifadə etməklə yüz min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Teqlər:
"100-min manatdan art\u0131q pul v\u0259saitini \u0259l\u0259 ke\u00e7ir\u0259n sayt r\u0259hb\u0259ri saxlan\u0131l\u0131b"