Menyu

"Formula 1": Azərbaycan Qran-prisinə görə mərkəzi yollarda hərəkət məhdudiyyətləri tətbiq olunacaq

Əsəd Abbaslı
"Formula 1": Azərbaycan Qran-prisinə görə mərkəzi yollarda hərəkət məhdudiyyətləri tətbiq olunacaq

Paytaxt Bakıda keçiriləcək 2024-cü il "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir.

"Operativ Media" xəbər verir ki, avqust ayının 13-ü saat 23:00-dan etibarən mərkəzi yollarda hərəkət və parkinq məhdudiyyətləri tətbiq olunacaq. Məhdudiyyətlər avqustun 13-dən 16-dək gecə saat 23:00-dan səhər saat 06:00-a qədər davam edəcək.

Yollar haqqında ətraflı məlumatı təqdim edirik:

13 avqust saat 23:00-dan 14 avqust saat 06:00-dək Xaqani küçəsinin sağ və sol tərəfi, "Azadlıq" kəsişməsindən "Puşkin" kəsişməsinə qədər
14 avqust saat 23:00-dan 15 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, "Xaqani-Rəşid Behbudov" və "Xaqani-Azadlıq" kəsişmələri arası
15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək Xəqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, "Bülbül-Xaqani" və "Rəşid Behbudov-Xaqani" kəsişmələri arası

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.

Teqlər:

"\"Formula 1\": Az\u0259rbaycan Qran-prisin\u0259 g\u00f6r\u0259 m\u0259rk\u0259zi yollarda h\u0259r\u0259k\u0259t m\u0259hdudiyy\u0259tl\u0259ri t\u0259tbiq olunacaq"

Əlaqəli Xəbərlər