Menyu

"Qarabağ"ın prezidenti Bolqarıstan və Fransa səfirləri ilə görüşdü

Əziz Əzizli
"Qarabağ"ın prezidenti Bolqarıstan və Fransa səfirləri ilə görüşdü

"Qarabağ" klubunun prezidenti Tahir Gözəl Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov ilə onun xanımı ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb. Görüş Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Lüdoqorets”lə qarşılaşacaq komandamızın Bolqarıstana səfəri çərçivəsində baş tutub.

"Operativ Media" xəbər verir ki, Tahir Gözəl göstərilən diqqət və dəstək üçün səfirlərə təşəkkür edib. Hüseyn Hüseynov və Leyla Abdullayeva "Qarabağ"a uğurlar arzulayıb. 

Qeyd edək ki, səfirlər bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq “Lüdoqorets” – “Qarabağ” oyununu stadionda canlı izləyəcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər