Menyu

Kiberdələduzlar ƏDV-lərin geri qaytarılması ilə bağlı saxta sayt yaradıblar

Nərmin Qocamanlı
Kiberdələduzlar ƏDV-lərin geri qaytarılması ilə bağlı saxta sayt yaradıblar

Kiberdələduzlar tərəfindən yığılan ƏDV-lərin geri qaytarılması üçün saxta “edv-almaq.com” adlı veb-sayt yaradılıb.

"Operativ Media" Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, “edv-almaq.com” adlı veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə fin kodlarını daxil etmək, daha sonra isə ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi və hər hansı xüsusi təkliflərlə qarşılaşdıqda yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edir.

Teqlər:

"Kiberd\u0259l\u0259duzlar \u018fDV-l\u0259rin geri qaytar\u0131lmas\u0131 il\u0259 ba\u011fl\u0131 saxta sayt yarad\u0131blar"

Fotogalereya

Əlaqəli Xəbərlər