Menyu

Bakının əsas prospektlərindən birində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakının əsas prospektlərindən birində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Avqustun 14-ü saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə "Operativ Media"ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Teqlər:

"Bak\u0131n\u0131n \u0259sas prospektl\u0259rind\u0259n birind\u0259 n\u0259qliyyat\u0131n h\u0259r\u0259k\u0259ti tam m\u0259hdudla\u015fd\u0131r\u0131lacaq"

Əlaqəli Xəbərlər