Səudiyyə Ərəbistanı klubu Vinisius Junioru transfer etmək istəyir
Əziz Əzizli
Səudiyyə Ərəbistanının "Əl Əhli" klubu braziliyalı hücumçu Vinisius Juniorun transferi ilə bağlı "Real Madrid"lə danışıqlar aparır.
"Operativ Media" "Brazilian Globo"ya istinadən xəbər verir ki, "Əl Əhli" 24 yaşlı futbolçu üçün Kral Klubuna 1 milyard avro ödəməyə hazırdır.
"Əl Əhli" Vinisius Juniora illik 200 milyon avro maaşla 5 illik müqavilə təklif edib.
Səudiyyə Ərəbistanı 2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək və yaxın 10 ildə daxili çempionatda dünya ulduzlarının sayını artırmaq niyyətindədir.
Vinisius Junior 2018-ci ildən Kral Klubunda çıxış edir. Onun hazırkı müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Transfermarkt Vinisius Juniorun transfer dəyərini 180 milyon avro qiymətləndirir
Teqlər:
"S\u0259udiyy\u0259 \u018fr\u0259bistan\u0131 klubu Vinisius Junioru transfer etm\u0259k ist\u0259yir"