Menyu

"Neftçi" yeni transferini açıqladı

Əziz Əzizli
"Neftçi" yeni transferini açıqladı

“Neftçi” daha bir transferini reallaşdırıb.

"Operativ Media" xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo artıq “Neftçi” ailəsinin üzvüdür. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

6 nömrəli formanı geyinəcək 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameylli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran Quzzo Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvü olub. “Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaves”, “Tondela”, “Famalikan” klublarında çıxış etmiş futbolçu Portuqaliya yüksək liqasında 100-ə yaxın oyun keçirib. O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər