Menyu

Tarixdə 5-ci, “Qarabağ”dan 3-cü

Əziz Əzizli
Tarixdə 5-ci, “Qarabağ”dan 3-cü

"Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünə iki böyükhesablı qələbə ilə başlayıb.

"Operativ Media" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda “Araz-Naxçıvan”a 4:1, “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib. Ölkə çempionatlarının 32 illik tarixində 5-ci dəfə bir komanda startda iki böyükhesablı qələbə qazanıb.

“Qarabağ” bunu üçüncü dəfə bacarıb. 1993/94 və 2003/04 mövsümlərində də oxşar ssenari yaşanıb. 2000/01 mövsümündə “Neftçi” ilk iki oyununda üç və ya daha çox top fərqilə qalib gəlib. Sonuncu belə start isə 2008/09 mövsümündə gerçəkləşib. 16 il əvvəl “Qəbələ” ilk iki görüşdə böyük hesabla qalib gəlib.

Teqlər:

"Tarixd\u0259 5-ci \u201cQaraba\u011f\u201ddan 3-c\u00fc"

Əlaqəli Xəbərlər