Menyu

BNMİ əməliyyat keçirib, 61 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Nərmin Qocamanlı
BNMİ əməliyyat keçirib, 61 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin daha bir üzvü - əvvəllər məhkum olunmuş Kamran Abdullayev Lənkəran şəhərində saxlanılıb. Ondan 61 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, narkotiklərin satışında istifadə edilən bank kartı və tərəzi aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə. K.Abdullayev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini və qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Teqlər:

"BNM\u0130 \u0259m\u0259liyyat ke\u00e7irib 61 kiloqram narkotik vasit\u0259 d\u00f6vriyy\u0259d\u0259n \u00e7\u0131xar\u0131l\u0131b"

Əlaqəli Xəbərlər