Menyu

Paris-2024: Azərbaycan güləşçisi bürünc medal qazanıb

Əsəd Abbaslı
Paris-2024: Azərbaycan güləşçisi bürünc medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

"Operativ Media" xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançımız üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib.

Görüş təmsilçimizin 8:0 qələbəsi ilə yekunlaşıb. Bununla da M.Maqomedov ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.

Qeyd edək ki, bununla da Paris-2024-də yer alan idmançılarımızın çıxışları başa çatıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər