Menyu

“TikTok”da vətəndaşa kredit almağa köməklik göstərəcəyini bildirərək pulunu ələ keçirən şəxs saxlanılıb 

Nərmin Qocamanlı
“TikTok”da vətəndaşa kredit almağa köməklik göstərəcəyini bildirərək pulunu ələ keçirən şəxs saxlanılıb 

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən Nicat Abdullayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, həmin şəxs “TikTok” sosial şəbəkəsində tanış olduğu Hacıqabul rayon sakininə özünü bank işçisi kimi təqdim edərək ona onlayn yolla kredit verəcəyini vəd edib. Vətəndaşa 1600 manat məbləğində kredit təsdiq olunandan sonra isə N.Abdullayev həmin pulu öz kartına yönəldirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

N.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Teqlər:

"\u201cTikTok\u201dda v\u0259t\u0259nda\u015fa kredit alma\u011fa k\u00f6m\u0259klik g\u00f6st\u0259r\u0259c\u0259yini bildir\u0259r\u0259k pulunu \u0259l\u0259 ke\u00e7ir\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b\u00a0"

Əlaqəli Xəbərlər