Paris-2024: İspaniyanın futbol üzrə millisi çempion olub
Əsəd Abbaslı
Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışlarının qalibi müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, finalda İspaniya millisi Fransa ilə qarşılaşıb.
Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda İspaniya yığmasının üzvü Serxio Kamelyonun dublu (100, 120+1) həlledici olub - 5:3. İspaniya komandasından Fermin Lopez də (18, 25) dubla imza atıb. Digər qolu 28-ci dəqiqədə Aleks Baena rəqib qapısından keçirib.
Fransa yığmasından isə Enzo Millot (11), Maqnes Akliuçe (79) və Jan-Filip Mateta (90+3) fərqlənib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net