Menyu

Sumqayıtda 23 yaşlı qadın müalicə aldığı xəstəxanada qətlə yetirilib, qohumu saxlanılıb

Nərmin Qocamanlı
Sumqayıtda 23 yaşlı qadın müalicə aldığı xəstəxanada qətlə yetirilib, qohumu saxlanılıb

Avqustun 9-da saat 12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Sumqayıt şəhər prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 

İsrail Rəsulov iş üzrə  şübhəli şəxs qismində tutulub.

Teqlər:

"Sumqay\u0131tda 23 ya\u015fl\u0131 qad\u0131n m\u00fcalic\u0259 ald\u0131\u011f\u0131 x\u0259st\u0259xanada q\u0259tl\u0259 yetirilib qohumu saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər