Avqustun 5-də paytaxtın Nizami rayonu ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) "Operativ Media"ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri ilə avtomobil həmin gün 450 manat dəyərində maqnitofonu oğurlanmış və arxa hissəsi əzilmiş vəziyyətdə tapılıb.
Nəqliyyat vasitəsini qaçıran şəxsin saxlanılması istiqamətində davam etdirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Cavidan Mahmudlu müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Teqlər:
"Nizami rayonunda \u201cVAZ-2107\u201d qa\u00e7\u0131r\u0131l\u0131b"