Paris-2024: Azərbaycan üçün günün proqramı
Bu gün Paris Yay Olimpiya Oyunlarında daha 34 dəst medal sahibini tapacaq.
"Operativ Media" xəbər verir ki, Azərbaycan millisi üç növdə təmsil olunacaq. Boks, güləş və bədii gimnastikada medal ümidlərimiz mübarizə aparacaq.
İlk olaraq bədii gimnastika üzrə qrup hərəkətləri komandamız çıxış edəcək. Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət halqalar (12:00) və lentlə (13:10) bacarıqlarını nümayiş etdirəcəklər.
Güləşçilərimizdən Turan Bayramov (74 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar. Bundan əlavə, boksçu Alfonso Dominqes (92 kq) final qarşılaşmasını keçirəcək. O, qızıl medal uğrunda görüşdə Özbəkistan təmsilçisi Lazizbek Mullojonovun müqavimətini qırmağa çalışacaq. Döyüş avqustun 9-dan 10-na keçən gecə, saat 00:34-ə təyin edilib.
12:00. Bədii gimnastika, qrup hərəkətləri
Təsnifat mərhələsi, halqalar
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə, Yelizaveta Luzan
13:16. Bədii gimnastika, qrup hərəkətləri
Təsnifat mərhələsi, lent və top
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə, Yelizaveta Luzan
13:30. Sərbəst güləş, 74 kq
1/8 final
Turan Bayramov
13:30. Sərbəst güləş, 125 kq
1/8 final
Giorgi Meşvildişvili
00:34. Boks, 92 kq
Final
Alfonso Dominqes – Lazizbek Mullojonov (Özbəkistan)