Menyu

İZİA: İndiyədək sənaye zonalarında 150 sahibkarlıq subyektinə rezident statusu verilib

Nərmin Qocamanlı
İZİA: İndiyədək sənaye zonalarında 150 sahibkarlıq subyektinə rezident statusu verilib

2024-cü ilin 7 ayında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 20 sahibkarlıq subyektinə rezident statusu verilib. Bunlardan 10-u Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 1-i Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

İZİA-dan "Operativ Media"ya verilən məlumata görə, qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına ümumilikdə 118 milyon manatdan çox investisiyanın yatırılması, 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. 

Rezidentlər sənaye zonalarında fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqların, mikronlaşdırılmış və örtülmüş kalsitin, əhəng və perlitin, tamet daşlarının, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin, ortopedik matras və yumşaq mebellərin, qan depolama və test qablarının və s. məhsulların istehsalını həyata keçirəcəklər.

Qeyd edilib ki, indiyədək sənaye zonalarında investisiya həcmi 7,8 milyard manatdan artıq olan 150 sahibkarlıq subyektinə rezident statusu verilib.

Resim

Teqlər:

"\u0130Z\u0130A: \u0130ndiy\u0259d\u0259k s\u0259naye zonalar\u0131nda 150 sahibkarl\u0131q subyektin\u0259 rezident statusu verilib"

Əlaqəli Xəbərlər