Menyu

170 manatdan - 200 minə qədər olan samovarlar - Qiymətlər niyə bahadır?

170 manatdan - 200 minə qədər olan samovarlar - Qiymətlər niyə bahadır?

Samovar sözü rus sözüdür, mənası "özü bişirən" deməkdir. Samovarın vətəni Rusiya sayılsa da, ən qədim samovarlara daha çox Azərbaycanda rast gəlinir. Yaşı 3700 il olan ən qədim samovar Şəki bölgəsində tapılıb. Son zamanlar saytlarda, sosial şəbəkələrdə çox baha qiymətə satılan samovarlara yəqin ki, hamı rast gəlib. On, iyirmi, əlli hətta iki yüz min manata satılan samovar mövcuddur.

Onların bəzilərinə nəzər yetirək.

XIX əsrin sonuna aid olduğu bildirilən Samovar 33 min manata satılır. Samovarın İtalyada gümüşdən istehsal olunduğu qeyd olunub. 3 litr həcmində olan samovar əl işi hesab edilir. 

2024%2F01%2F06%2F01%2F49%2F01%2F517e1677-7f6c-4eb4-a0b8-8a61c931229c%2F3781_mOvUY7qlBoDE7U53XDJctQ.jpg

Satıcı 45 minə satılan bu samovarın ulu babalarından qaldığını bildirir. Samovarın qədim olduğunun isbatı üçün üzərində bütün möhürlərin olduğunu və həcminin 30 litr olduğu qeyd edilib.

2023%2F11%2F28%2F16%2F33%2F59%2Fabd7caa4-8802-44f3-aa2e-608e7205a939%2F3761_wXeVwyRB2yAcFik5JwrBRg.jpg

10 ədəd medalla təltif olunmuş samovarın qiyməti 75 min manatdır. Samovarın 126 illik olduğu bildirilib.

2022%2F06%2F14%2F19%2F43%2F26%2F6de9674c-f732-4cd6-a577-47aac439ae67%2F77162_ktzepAsPuNs8sJ8S8p_GUA.jpg

1898-ci ildə Rusiyanın Tula vilayətində istehsal olunan samovarın qiyməti isə 200 mindir. Bu samovarın da üzərində xeyli sayda möhürlərin olduğu qeyd olunub. Sözügedən samovar məhdud sayda istehsal edilib. Samovarın üzərindəki çox sayda "peçat"ların yerli və beynəlxalq sərgilərdə aldığı mükafatların göstəricisi olduğu qeyd edilib.

2023%2F11%2F24%2F22%2F51%2F33%2F0db61f84-d386-4607-8b49-09418d9f7c92%2F88079_n_OHYbuZS7lfMFl5axY1YQ.jpg

 Samovar satışı ilə məşğul olan satıcı bildirib ki, hazırda hər qiymətə samovar mövcuddur:

"5 litirlik samovarlar var ki, qiyməti 170 manat təşkil edir. Daha çox təlabat 170-200 manat aralığında olan samovarlardır. Alıcılar 70-ci illərin olan 5 litrliyi 170 azn, 7 litrliyi 200 manat olan samovarlara üstünlük verir. Bu samovarlar latundandır. Latun metal olaraq qızıl və gümüşdən sonra gəlir. Bu qiymətlər əslində o qədər də baha deyil. Bəzi samovarların istehsal tarixi qədim olduğu üçün baha qiymətə satılır. Çünki onlar antikvar hesab olunur".

Teqlər:

"170 manatdan - 200 min\u0259 q\u0259d\u0259r olan samovarlar - Qiym\u0259tl\u0259r niy\u0259 bahad\u0131r?"

Əlaqəli Xəbərlər