Menyu

Bakının iki rayonunda qaz olmayacaq

Nərmin Qocamanlı
Bakının iki rayonunda qaz olmayacaq

Binəqədi rayonunun 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Nəsimi rayonunun M.Cəlal küçəsi 64 ünvanında isə siyirtmənin quraşdırılması məqsədi ilə 08.08.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

"Azəriqaz"dan "Operativ Media"ya verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun A.S.Axundov, C.Xəndan, N.Nərimanov küçələrinin və Azadlıq prospektinin, Nəsimi rayonunun A.Məhərrəmov, Cavadxan, 20 Yanvar küçələrinin qaz təchizatında fasilə yaranacaqdır.

Teqlər:

"Bak\u0131n\u0131n iki rayonunda qaz olmayacaq"

Əlaqəli Xəbərlər