Menyu

Bu gün Zabux qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Nərmin Qocamanlı
Bu gün Zabux qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bu gün Laçın şəhərinin və rayonun Zabux qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SOCAR “Azəriqaz” İstehsalat Birliyindən "Operativ Media"ya verilən məlumata görə, yenidən qurulan “Şuşa-Laçın” avtomobil yolunun tikinti sahəsinə düşən “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərinin əsas və lupinq xətləri ilə kəsişməsində yeni çəkilmiş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 08.08.2024-cü il tarixində saat 10:00-dan işlər başa çatanadək “Laçın” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, təmir müddətində Laçın şəhərinin və rayonun Zabux qəsəbəsinin qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Teqlər:

"Bu g\u00fcn Zabux q\u0259s\u0259b\u0259sinin qaz t\u0259chizat\u0131nda m\u00fcv\u0259qq\u0259ti fasil\u0259 yaranacaq"

Əlaqəli Xəbərlər