Paris-2024: Azərbaycan güləşçisi yarımfinal görüşündə məğlub oldu
Əziz Əzizli
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
"Operativ Media" xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gəlib.
Qarşılaşma Həsrətin məğlubiyyəti ilə başa çatıb.
İdmançımız bürünc medal uğrunda görüşdə iştirak edəcək.
Olimpiada avqustun 11-də başa çatacaq
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma