Menyu

"Sumqayıt" yeni müdafiəçi ilə gücləndi

Əziz Əzizli
"Sumqayıt" yeni müdafiəçi ilə gücləndi

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar" son mövsümü Türkiyənin "Manisa" klubunda keçirmiş Sərtan Taşkınla 1+1 illik müqavilə imzalayıb. Milli komandamızın üzvü olan 26 yaşlı futbolçu "Sumqayıt" FK-nın heyətində 2 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2019/2020 mövsümündə də komandamızda çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurmağa müvəffəq olub.

Teqlər:

"\"Sumqay\u0131t\" yeni m\u00fcdafi\u0259\u00e7i il\u0259 g\u00fccl\u0259ndi"

Əlaqəli Xəbərlər