Paris-2024: Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulacaq
Əziz Əzizli
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında daha 21 dəst medal sahibini tapacaq.
"Operativ Media" xəbər verir ki, Azərbaycan millisi iki növdə təmsil olunacaq. Olimpiadanın on ikinci günündə azarkeşlərimizin diqqəti güləş və taekvondoya yönələcək.
Xatırladaq ki, Azərbaycan medal sıralamasında 23-cü pillədə qərarlaşıb. Hələlik komandanın aktivində iki qızıl mükafat var. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. Azərbaycanla birlikdə Serbiya da (2 qızıl) 23-cüdür.