Menyu

Xətai rayonunda ət satışı mağazası və iaşə obyektində yoxlama aparılıb

Nərmin Qocamanlı
Xətai rayonunda ət satışı mağazası və iaşə obyektində yoxlama aparılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 25 ünvanında yerləşən fiziki şəxs Samir Parış oğlu İmanova məxsus ət satışı mağazası və iaşə obyektində yoxlama aparılıb.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, yoxlama zamanı bir sıra nöqsanlar aşkar olunub.

Ət satışı mağazası və iaşə obyektinin (“Kabab evi”) qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, kabab ətinin hazırlanması və marinə olunması üçün masanın ayrılmadığı, mal qonşuluğu qaydalarına riayət edilmədiyi, ət və süd məhsullarının (pendir, süd, yağ) birgə saxlanıldığı aşkarlanıb. Həmçinin müəyyən olunub ki, qida obyektində çalışan işçi təmiz, münasib xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) təmin edilməyib. Obyektdə havalandırma sistemi quraşdırılmayıb, təmizlik inventarlarının, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin saxlanılması üçün ayrıca yer və ya dolab yoxdur.

Aşkarlanan nöqsanlarla əlaqədar müəssisənin rəhbərliyi barəsində inzibati xətalar haqqında protokol tərtib edilib, müəssisədə toyuq ətindən dönər kababının satışı məhdudlaşdırılıb.

Teqlər:

"X\u0259tai rayonunda \u0259t sat\u0131\u015f\u0131 ma\u011fazas\u0131 v\u0259 ia\u015f\u0259 obyektind\u0259 yoxlama apar\u0131l\u0131b"

Fotogalereya

Əlaqəli Xəbərlər