Menyu

Şüvəlanda taksi sürücüsünü döyüb maşınını qaçıran şəxslər tutulub

Nərmin Qocamanlı
Şüvəlanda taksi sürücüsünü döyüb maşınını qaçıran şəxslər tutulub

Avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində taksi sifariş etmiş 2 nəfərin sürücünü döyüb bıçaqla hədələyərək “Chevrolet” markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əli Kazımlı və 1994-cü il təvəllüdlü Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.

Araşdırma aparılır.

Teqlər:

"\u015e\u00fcv\u0259landa taksi s\u00fcr\u00fcc\u00fcs\u00fcn\u00fc d\u00f6y\u00fcb ma\u015f\u0131n\u0131n\u0131 qa\u00e7\u0131ran \u015f\u0259xsl\u0259r tutulub"

Fotogalereya

Əlaqəli Xəbərlər