Paytaxtın Nəsimi rayonunun və Sumqayıt şəhərinin bir hissəsində qaz olmayacaq
Nərmin Qocamanlı
Nəsimi rayonunun Cavadxan küçəsində 3 ədəd siyirtmənin əvəz olunması və Sumqayıt şəhərinin Corat qəsəbəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 06.08.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
"Azəriqaz"dan "Operativ Media"ya verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun (Cavadxan, 20 Yanvar, Asif Məhərrəmov küçələri) və Sumqayıt şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Teqlər:
"Paytaxt\u0131n N\u0259simi rayonunun v\u0259 Sumqay\u0131t \u015f\u0259h\u0259rinin bir hiss\u0259sind\u0259 qaz olmayacaq"