Menyu

Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə mina aşkar edilib

Əsəd Abbaslı
Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə mina aşkar edilib

Avqustun 5-də Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Kiçik İşıqlı dağının cənub hissəsindəki dərə boşluğunda mina sahəsi aşkar edilib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazinin təmizlənməsi zamanı 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli 102 ədəd piyada əleyhinə mina təhlükəsiz qaydada yığılaraq zərərsizləşdirilib.

Ərazinin minalardan təmizlənməsi üzrə zəruri tədbirlər davam etdirilir.

Teqlər:

"La\u00e7\u0131n rayonu \u0259razisind\u0259 k\u00fctl\u0259vi \u015f\u0259kild\u0259 piyada \u0259leyhin\u0259 mina a\u015fkar edilib"

Əlaqəli Xəbərlər