Menyu

“Qarabağ” - “Ludoqorets" oyununa 23000 bilet satılıb

Əsəd Abbaslı
“Qarabağ” - “Ludoqorets" oyununa 23000 bilet satılıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Ludoqorets" (Bolqarıstan) oyununa 23000 bilet satılıb.

Ağdam klubundan "Operativ Media" verilən məlumata görə, avqustun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Biletləri “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Teqlər:

"\u201cQaraba\u011f\u201d - \u201cLudoqorets\" oyununa 23000 bilet sat\u0131l\u0131b"

Əlaqəli Xəbərlər