Menyu

Azərbaycanda havanın temperaturu yüksələcək

Nərmin Qocamanlı
Azərbaycanda havanın temperaturu yüksələcək

Növbəti iki gün ərzində Azərbaycanda havanın temperaturu yüksələcək.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-38° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 6-7-də havanın maksimal temperaturunun Naxçıvan MR və Aran rayonlarında 35-38° isti, bəzi yerlərində 40° isti, dağlıq ərazilərdə 25-30° isti olacağı gözlənilir.

Teqlər:

"Az\u0259rbaycanda havan\u0131n temperaturu y\u00fcks\u0259l\u0259c\u0259k"

Əlaqəli Xəbərlər