Menyu

Kurban Berdiyev 64-cü oldu

Əziz Əzizli
Kurban Berdiyev 64-cü oldu

Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün ilk turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Kurban Berdıyev “Turan Tovuz”un “sükanı arxasında” debüt edib. Rusiyalı mütəxəssisin yetirmələri “Neftçi” ilə səfər matçında bir xal qazanıblar – 0:0.

Berdıyev Azərbaycan çempionatları tarixinə 64-cü legioner baş məşqçi kimi düşüb. Onadək 63 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasına rəhbərlik edib.

Berdıyev “Turan Tovuz”un tarixinə ilk legioner baş məşqçi kimi düşüb. Azərbaycan çempionatları tarixinin ilk əcnəbi mütəxəssisi isə Tovuzun digər təmsilçisi “Turan”a rəhbərlik edib. 2001/02 mövsümündə Naci Şensoy qərblilərin “sükanı arxasında” olub

Teqlər:

"Kurban Berdiyev 64-c\u00fc oldu"

Əlaqəli Xəbərlər