Ana səhifə / Ölkə / Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın xəstəxanada öldü Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın xəstəxanada öldü 04.08.2024, 22:06 Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın xəstəxanada dünyasını dəyişib. "Operativ Media" xəbər verir ki, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib. Xatırladaq ki, T. Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə bir neçə xəsarətlər yetirilmişdi. Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır. Faktla bağlı araşdırma aparılır.//report Teqlər: "Da\u015fk\u0259s\u0259nd\u0259 g\u0259lini t\u0259r\u0259find\u0259n baltalanan qad\u0131n x\u0259st\u0259xanada \u00f6ld\u00fc"