Menyu

Paris-2024: Azərbaycan idmançısı finala vəsiqə qazandı

Əziz Əzizli
Paris-2024: Azərbaycan idmançısı finala vəsiqə qazandı

Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan finala vəsiqə qazanıb.

"Operativ Media"  xəbər verir ki, atletimiz təsnifat mərhələsində ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb.

Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub.

Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub və final mərhələsinə adını yazdırıb.

Qeyd edək ki, qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyən olunacaq.

Teqlər:

"Paris-2024: Az\u0259rbaycan idman\u00e7\u0131s\u0131 finala v\u0259siq\u0259 qazand\u0131"

Əlaqəli Xəbərlər