"Şamaxı" - "Sabah" oyunu ilə bağlı dəyişiklik oldu
Əziz Əzizli
Azərbaycan Premyer Liqasının 1-ci turunun “Şamaxı” – “Sabah” oyunu ilə bağlı dəyişiklik edilib.
"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Bakı klubunun Konfrans Liqasında mübarizəni davam etdirməsi olub.
“Bayquşlar” bununla bağlı Peşəkar Futbol Liqasına müraciət edib. “Şamaxı”nın rəsmi razılıq məktubu və PFL-in qərarı ilə “Sabah”ın avrokuboklarda növbəti mərhələyə daha yaxşı hazırlaşması və mümkün zədələrin qarşısının alınması məqsədilə 1-ci turun “Şamaxı” – “Sabah” oyunu ilə, 18-ci turun “Sabah” – “Şamaxı” matçının yeri dəyişdirilib.
I tur
4 avqust (bazar)
17:30. “Sabah” – “Şamaxı”
“Bank Respublika Arena”
Qeyd edək ki, komandaların əvəzedici heyətləri arasında görüş əvvəlcədən açıqlandığı kimi baş tutacaq
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net