Menyu

Paris-2024: Azərbaycan millisi üçün günün proqramı

Əziz Əzizli
Paris-2024: Azərbaycan millisi üçün günün proqramı

Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün daha 23 dəst medal sahibini tapacaq.

"Operativ Media" xəbər verir ki, Azərbaycan idmançıları 4 yarışda təmsil olunacaq.

Batut gimnastikasında debütümüz Selcan Maqsudova ilə gerçəkləşəcək. Boksçu Murad Allahverdiyev 1/4 final görüşünə çıxacaq. O, qalib gəlsə, mükafatçılar sırasında yerini təmin edəcək. Təcrübəli cüdoçumuz Uşanqi Kokauri üçüncü Olimpiadasına start verəcək. Basketbolun 3×3 növündə yarışan qadınlardan ibarət millimiz də növbəti iki matçına çıxacaq.

11:30. Basketbol 3×3, qadınlar

V tur. Avstraliya – Azərbaycan

12:00. Cüdo, kişilər, +100 kq

1/16 final. Uşanqi Kokauri – Rafael Silva (Braziliya)

14:00. Batut gimnastikası

Təsnifat mərhələsi. Selcan Maqsudova

19:06. Boks, kişilər, 80 kq

1/4 final. Murad Allahverdiyev – Nurbek Oralbay (Qazaxıstan)

19:30 Basketbol 3×3, qadınlar

VI tur. Azərbaycan – Çin

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər