"Sabah” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab matçına çıxıb.
"Operativ Media" xəbər verir ki, Masazır təmsilçisi “Makkabi”ni qəbul edib. Oyuna saat 20:00-da start verilib.
Krunoslav Renduliçin rəhbərlik etdiyi komanda ilk görüşdə 3:0 hesabı ilə qalib gəlib. Bakıdakı oyunun əsas vaxtı isə 2:5 hesabıyla yekunlaşıb. Ümumi hesab bərabər olduğu üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da bərabərlik (ümumi hesab 6:6) qeydə alındığından qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələrdə daha dəqiq olan “Sabah” növbəti mərhələyə adlayıb.