Menyu

Bakının Cəfər Cabbarlı küçəsində hərəkət zolaqlarının təşkil edilməsi yekunlaşıb

Nərmin Qocamanlı
Bakının Cəfər Cabbarlı küçəsində hərəkət zolaqlarının təşkil edilməsi yekunlaşıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir. Görülən işlər çərçivəsində Cəfər Cabbarlı küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişmədən Əlibəy Hüseynzadə küçəsi ilə kəsişməyədək) hərəkət zolaqlarının təşkili yekunlaşdırılıb. Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.

Agentlikdən "Operativ Media"ya verilən məlumata görə, Cəfər Cabbarlı küçəsində 7 müntəzəm marşrut xətti üzrə 102 ümumi istifadədə olan avtobus fəaliyyət göstərir ki, həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 75000-dən çox sərnişin daşınır.

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcəkdir.

Teqlər:

"Bak\u0131n\u0131n C\u0259f\u0259r Cabbarl\u0131 k\u00fc\u00e7\u0259sind\u0259 h\u0259r\u0259k\u0259t zolaqlar\u0131n\u0131n t\u0259\u015fkil edilm\u0259si yekunla\u015f\u0131b"

Əlaqəli Xəbərlər