Menyu

STM əhali arasında sosioloji sorğu keçirəcək

Nərmin Qocamanlı
STM əhali arasında sosioloji sorğu keçirəcək

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə əməkdaşlıq çərçivəsində əhali arasında sosioloji sorğunun keçirilməsinə start verir.

"Operativ Media" xəbər verir ki, avqustun 1-dən 12-dək keçiriləcək sorğunun məqsədi əhalinin Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti ilə bağlı məlumatlılıq səviyyəsini ölçməkdir.

Ölkədə və dünyada baş verən sosial-iqtisadi proseslərə maraq göstərən hər bir şəxs sorğuda iştiraka dəvətlidir.

Sorğu iştirakçılarının anonimliyinin qorunmasına tam təminat verilir. Respondentlərin cavabları ümumiləşdirilmiş şəkildə yekun nəticələrə daxil ediləcək və onların fərdi məlumatlarının açıqlanmasına yol verilməyəcəkdir.

Qeyd edək ki, sorğunun nəticələri Azərbaycan İnvestisiya Holdinqinin kommunikasiya sahəsində planlaşdırdığı və həyata keçirdiyi tədbirlərin təkmilləşdirilməsinə və səmərəliliyinin artırılmasına xidmət edəcəkdir.

Teqlər:

"STM \u0259hali aras\u0131nda sosioloji sor\u011fu ke\u00e7ir\u0259c\u0259k"

Əlaqəli Xəbərlər