Yevlaxda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Nərmin Qocamanlı
İyulun 31-i gecə saat 4 radələrində Yevlax rayonu Aran qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçılırması barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Ağsu rayonu ərazisində tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əhmədov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Teqlər:
"Yevlaxda avtomobil qa\u00e7\u0131rmaqda \u015f\u00fcbh\u0259li bilin\u0259n \u015f\u0259xs saxlan\u0131l\u0131b"