"Sabah" - "Makkabi" oyununa satılan biletlərin sayı bəlli olub
Əsəd Abbaslı
"Sabah" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Sözügedən qarşılaşmaya 6500 bilet satılıb.
Biletləri "iticket.az" saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.
Qeyd edək ki, "Sabah" və "Makkabi" arasında cavab matçı avqustun 1-də Masazırda, "Bank Respublika Arena"da keçiriləcək. Görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Macarıstanda baş tutan ilk oyunda Azərbaycan klubu 3:0 hesablı qələbə qazanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net