Menyu

Muxtar Babayev Yunanıstan səfiri ilə COP29-a hazırlığı müzakirə edib

Əsəd Abbaslı
Muxtar Babayev Yunanıstan səfiri ilə COP29-a hazırlığı müzakirə edib

Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Teqlər:

"Muxtar Babayev Yunan\u0131stan s\u0259firi il\u0259 COP29-a haz\u0131rl\u0131\u011f\u0131 m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər