Menyu

İstehlaka yararsız 25 ton yer fındığı və 10 ton istiot məhv edilib

Nərmin Qocamanlı
İstehlaka yararsız 25 ton yer fındığı və 10 ton istiot məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Lüks EXP” MMC-nin Özbəkistandan idxal etdiyi “Sam Ekspres Savdo Plus LLC” müəssisəsinin istehsalı olan ümumi çəkisi 10 min 200 kq üyüdülmüş qırmızı istiot məhsulu partiyalarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. 

AQTA-dan "Operativ Media"ya bildirilib ki, müayinələr nəticəsində məhsul partiyasında “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkarlanıb.

Bundan başqa, “Food Fish” MMC tərəfindən Çindən idxal olunan (25.12.2023-cü il istehsal tarixli, 25.12.2025-ci il son istifadə tarixli) ümumi çəkisi 25 min 100 kq olan “JUNAN RUIXING PEANUT FOOD CO. LTD.” müəssisəsinin istehsal etdiyi qovrulmuş yer fındığı (araxis) məhsulu partiyasından götürülən nümunələrin müayinələri nəticəsində “Aflatoksin B1” miqdarının normadan artıq olduğu müəyyən edilib.

Hər iki faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.

Teqlər:

"\u0130stehlaka yarars\u0131z 25 ton yer f\u0131nd\u0131\u011f\u0131 v\u0259 10 ton istiot m\u0259hv edilib"

Əlaqəli Xəbərlər