Menyu

Hesablama Palatası "Naxçıvan TV" ilə bağlı Baş Prokurorluğa müraciət edəcək

Nərmin Qocamanlı
Hesablama Palatası "Naxçıvan TV" ilə bağlı Baş Prokurorluğa müraciət edəcək

Hesablama Palatası “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC bağlı Baş Prokurorluğa müraciət edəcək. 

"Operativ Media" Palataya istinadən xəbər verir ki, qurumda növbəti Kollegiya iclası keçirilib.

İclasda ilk olaraq “Qida Təhlükəsizliyi Agentliyinin və onun tabeli qurumlarının fəaliyyətlərinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi”nə dair kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib. Müzakirələrdə Agentliyin sədr müavini Əziz Şərifov və aparat rəhbəri Elxan Mikayılov da iştirak ediblər. Onlar auditin nəticələrinin fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcəyini, Palatanın tövsiyələrinin nəzərə alınacağını qeyd ediblər. Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına dair qərar qəbul olunub.

Daha sonra “Naxçıvan" TV tərəfindən dövlət vəsaitinin, dövlət əmlakının və büdcədənkənar daxilolmaların istifadəsinin auditinə dair auditor hesabatı” müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların qurum tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə, habelə audit sübutları ilə dövlət vəsaitindən və dövlət əmlakından istifadədə aşkar edilmiş çoxsaylı hüquq pozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

Teqlər:

"Hesablama Palatas\u0131 \"Nax\u00e7\u0131van TV\" il\u0259 ba\u011fl\u0131 Ba\u015f Prokurorlu\u011fa m\u00fcraci\u0259t ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər